"Maqnit qasırğasını sadəcə KİV-də şişirdirlər" - HƏKİMDƏN AÇIQLAMA

18/09/2024 - 12:13

Bəlli olduğu kimi, Günəşdəki partlayışlar maqnit qasırğalarına səbəb olur. Təbii ki, bu da öz növbəsində meteohəssas insanların rifahına və əhval-ruhiyyəsinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı Hurriyyet.az saytına danışan həkim Rasif Bağırov bildirir ki, maqnit qasırğası haqqında informasiyalar insanlar içində həmişə yayılır:

"Əsəb sistemi həssas olan insanlar ondan çox böyük əziyyət çəkirlər. Amma, əslində elə ciddi problem yoxdur. Yəni "maqnit qasırğası" deyilən məsələ ilə bağlı kifayət qədər danışmışıq. Maqnit qasırğasının yer üzündə olan insanların səhhətinə ciddi təsiri yoxdur. Onu sadəcə KİV-də şişirdirlər.

İndiyə kimi maqnit qasırğalarının yer üzündə yarada biləcəyi xəstəliklər barədə heç nə yazılmayıb. Sadəcə, bunu əvvəlcədən deyəndə müəyyən xəstələr həmin günü çox həssas olurlar, çox narahat olmağa başlayırlar. Fikirləşirlər ki, bu gün mənə maqnit qasırğasının təsiri olacaq, deməli, bu gün məndə nəsə olmalıdır. Əsəb sisteminin fonunda belə insanlara nəsə olur. Amma bu o demək deyil ki, maqnit qasırğasının təsiridir".

Həkim vurğulayır ki, belə informasiyanın verilməsi insanların səhhəti üçün ziyandır: “Maqnit qasırğasının yer üzündə təsirini bilmək üçün insan özü elektrik daşıyıcısı olmalıdır. Əgər elektrik daşıyıcısı deyilsə, heç bir problemi olmur".

Aynurə İSMAYIL

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56