Mikayıl Cabbarov: "Mehriban Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır"

26/08/2024 - 11:37

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə İqtisadiyyat Nazirliyinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik. Humanizm və nəciblik kimi ali mənəvi keyfiyyətləri, əzmkar və çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva dövlət başçısının xalqımızın rifahı uğrunda ən yaxın silahdaşıdır”, - deyə nazir qeyd edib.

M. Cabbarov bildirib ki, Mehriban xanımın Azərbaycanın sosial-iqtisadi tərəqqisi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü işlər, vətənpərvərliyi və xeyirxahlığı hər birimiz üçün örnəkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ