Minlərlə Rusiya hərbçisi mühasirədə - Bu ərazidə qalan qoşun çıxılmaz vəziyyətə düşüb

22/08/2024 - 11:40

Kursk vilayətində 3000-ə yaxın Rusiya hərbçisi Ukrayna Silahlı Qüvvələri tərəfindən tam mühasirəyə alınmaq üzrədir.  “AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Xəbərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri Kursk vilayətində Seym çayı ilə Ukrayna sərhədi arasında sıxışdırılmış təqribən 3000 rus əsgərini mühasirəyə almaq üçün hərəkətə keçdiklərini bildiriblər: “Rusiya Federasiyası öz qoşunlarının Seym çayı ilə Ukrayna sərhədi arasında mühasirəyə alınmasının qarşısını almağa çalışır. Ukrayna tərəfi isə ponton keçidlərinə və körpü tikintisi avadanlığına hücum etmək üçün “HİMARS”-lardan və PUA-lardan istifadə edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33