“Mixail Saakaşvili 116 kiloqram çəki ilə gəldi, hazırda 73,6 kiloqramdır” - Tengiz Tsuladze

04/12/2022 - 23:19

“Mixail Saakaşvili 116 kiloqram çəki ilə gəldi, biz az öncə çəkdik, 73,6 kiloqramdır. Bu, çox ciddi azalmadır”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstan Ombudsman aparatının üzvü Tengiz Tsuladze “Vivamed” klinikasında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə baş çəkəndən sonra açıqlama verib.

O deyib ki, bu qədər çəki itkisi eks-prezidentin həyatı üçün çox təhlükəlidir.

“Hazırda Mixail Saakaşvilinin vəziyyətini ağır qiymətləndirmək olar. Əlbəttə, əhəmiyyətli kilo itkisi həyat üçün çox təhlükəlidir. “Vivamed” ən yaxşı klinikalardan biridir və həkimlər hər şeyi edir. Buna baxmayaraq, faktlar xəstənin vəziyyətinin zaman keçdikcə pisləşdiyini göstərir”, - Tengiz Tsuladze qeyd edir.

Qafqaz.media