MƏŞHUR MAFİYA LİDERİNİN QƏTLİ AZƏRBAYCANDAN SİFARİŞ EDİLİB.. - “Lorens və Qoldi” kriminal şəbəkəsinin rəhbərini öldürən avtoritet həbs olundu

06/12/2022 - 01:12

Dekabrın 3-də Racastan ştatının (Hindistan) Sikar şəhərində polisin 24 saatlıq əməliyyatı zamanı hind mafiyasının liderlərindən olan Raju Teti güllələyən qatillər yaxalanıb.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, ümumiyyətlə, Hindistan polisi mütəşəkkil cinayət qruplarına qarşı ehtiyatlı davrandığından, əməliyyatı uğurlu hesab etmək olar.

Xatırladaq ki, Raju Tetin qətli digər hind qanqsterinə - Azərbaycanda "məskunlaşan" və “Lorens və Qoldi” kriminal sindikatına rəhbərlik edən Rohit Qodara həvalə edilib. Onun özü də qətldə iştirak etdiyini “Facebook” səhifəsində elan edib və qətlin qisas məqsədilə törədildiyini söyləyib. Çünki əvvəllər Raju Tet və onun dəstəsi Qodarın rəhbərlik etdiyi qrupun iki nüfuzlu üzvünü öldürmüşdülər.

Rohit Qodar

Hindistan mediası Raca Teti öz evinin astanasında güllələyən 4 nəfərin və qətlin təşkilində iştirak edən daha bir nəfərin saxlanıldığını bildirir. Qatillərin hamısı Haryana ştatının sakinləridir.

Bildirilir ki, Tetin qətlindən sonra Sikar polisi tam hazırlıq vəziyyətinə gətirilib, əməliyyat uğurlu alınıb və hazırda saxlanılan şəxslər dindirilir. Məlumata görə, Hindistanın yüksək rütbəli polis məmurları və istintaq qrupu Dehlidən Sikar şəhərinə gedib.

Raju Tet

Raju Tetin öldürülməsinə göstəriş verən Rohit Qodarın qohumu, məşhur müğənni və siyasətçi Musa Valanın qətlində əli olan qanqsterlərdən biri - Dipak Tunu oğurlanmasını da təşkil edib. Xatırladaq ki, hadisə bu il mayın əvvəlində Pəncab ştatında baş verib.

Hindistan xüsusi təyinatlıları bir neçə günlük axtarışlardan sonra Qodarı yaxalaya bilib. Həbs zamanı onun üzərində avtomat və əl qumbaraları aşkar edilib. Polis qeyd edib ki, həmin şəxs Musa Valanın qətlini təşkil edən “Lourens Bişnoy” dəstəsinin üzvüdür. Həbsxanadan qaçan Dipakın saxta pasportla Hindistanı tərk etməyə hazırlaşdığı da məlum olub.

Xatırladaq ki, Musa Valanın qətlini təşkil edən Saçın Tapan Bişnoy hadisədən bir neçə gün əvvəl qatilləri silah və qətl planı ilə təmin edərək, başqa adda verilmiş pasportla Azərbaycana qaçmışdı. Bir neçə ay sonra o, İnterpolun tələbi ilə həbs edilib.

Qafqaz.media