"Məsud Pezeşkian Azərbaycan türküdür" - Ərdoğan

08/07/2024 - 11:51

"Məsud Pezeşkian Azərbaycan türküdür və o, Təbrizdə türkcə danışır".

"AzPolitika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda son prezident seçkiləri və Məsud Pezeşkianın qələbəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Pezeşkian kürd bölgələrinə gedəndə isə kürdcə danışa bilir, fars dilini də mükəmməl bilir. Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirəm ki, İran və Türkiyə münasibətləri gələcəkdə daha da yaxşılaşacaq. Türkiyə bölgədə İranla ən yaxşı əlaqələrə malik ölkədir. İran Türkiyə üçün önəmli qonşudur və bizim onunla uzun tarixi və mədəni əlaqələrimiz var. Ümid edirəm ki, yeni dövrdə Türkiyə ilə İran arasında münasibətlər artan sürətlə müsbət yöndə inkişaf edəcək”, - deyə, Türkiyə prezidenti əlavə edib

ı"AzPolitika.info"

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12
Türkiyədə ZƏLZƏLƏ
03/08/2024 - 17:09