NASA, “Airbus”, “Boeing” nümayəndələri Bakıya səfər edəcək - İLON MASK VƏ CEFF BEZOS DA...
06/12/2022 - 11:23
“Amazon”un yaradıcısı Ceff Bezos və “SpaceX” şirkətinin rəhbəri İlon Mask 2023-cü ildə Bakıya səfər edə bilər.
Qafqaz.media xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
O qeyd edib ki, Bezos və Mask gələn ilin oktyabrında Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilərlər.
O.Əsədov əlavə edib ki, Bakıda keçiriləcək “Qlobal Çağırışlar və İmkanlar: Kosmosa şans verək” konqresində 6000-dən çox qonaq, o cümlədən NASA, CNES, “Airbus”, “Boeing” və JAXA nümayəndələri iştirak edəcək.
Qafqaz.media