Naxçıvanda 3797 uşaq birinci sinfə, 3171 uşaq məktəbə hazırlığa qəbul olunub

16/09/2024 - 09:36

Bu il Naxçıvan Muxtar Respublikasında birinci sinfə 3797 uşaq, məktəbə hazırlığa isə 3171 uşaq elektron qaydada qəbul olunub. Bu barədə APA-ya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2024-2025-ci tədris ilində muxtar respublikada orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Cari tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ