Nazir: Heç kimin bizimlə ultimatumla danışa bilməməsi üçün ordunun döyüş hazırlığı daim yüksək səviyyədə saxlanılmalıdır

03/08/2024 - 14:40

İstənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır. APA xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında deyib. Müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini də qeyd edib.

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42