Nənəsi ilə yolu keçən uşağı maşın vurdu
30/03/2024 - 23:19
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az “Report”a istinadən xəbər verir ki, nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Vəliyev Amil Emil oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.