Oğuzda 4 otaqlı ev yanıb

03/05/2024 - 10:23

Oğuz rayonunun Xalxal kəndində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ