Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib

03/08/2024 - 13:24

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi vəfat edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tayıflı kəndinin inzibati ərazisindəki meşə zolağında baş verib. Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramovun üzərinə ağac düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F. Bayramov komatoz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxansına (RMX) yerləşdirilib. F. Bayramov xəstəxanaya yerləşdirildikdən bir qədər sonra vəfat edib.

    Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ