“Özümü pis hiss edirəm, amma sabah məhkəmədə iştirak etmək istəyirəm” - SAAKAŞVİLİ

08/12/2022 - 22:21

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sabahkı məhkəmə prosesində iştirak etmək istədiyini deyir.

Qafqaz.media xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin “Facebook” səhifəsində dərc edilmiş əlyazma məktubunda deyilir.

“Özümü pis hiss edirəm, amma sabah ölüm-dirim məsələsini həll edən məhkəmədə iştirak etmək istəyirəm. Hər kəsə təşəkkürlər! Mən sizi sevirəm”, - Saakaşvili yazır.

Qeyd edək ki, məhkəmə dekabrın 9-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin cəzasının dayandırılmasını müzakirə edəcək. Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclas saat 13:00-a təyin edilib.

Vəkillərin Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı vəsatətinə hakim Giorgi Arevadze baxacaq.

Qafqaz.media