“Paşinyan “günah oxlarını” ruslara yönəltməyi tapşırıb” -ERMƏNİ MEDİASI

22/12/2022 - 14:17

“Nikol Paşinyanın hədəfi rus sülhməramlılarını gözdən salmaqdır”

“Rusiya Laçın dəhlizinə görə məsuliyyət daşıyır”.

Qafqaz.media Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi dünən bəyan edib.

Qəzet mövqeyini belə əsaslandırır: “Əlbəttə, bu çoxdanın xəbər deyil: Dövlət Dumasının bir sıra tanınmış üzvləri Artsaxın təhlükəsizliyinin bütün yükünü dəfələrlə rusların üzərinə atıblar. Ötən gün bu flaşmob Qərbləşmək, anti-Rusiya oriyentasiyası ilə tanınan və “parlamentdənkənar qüvvələr klubu”nun tərkibində Nikol Paşinyanla müntəzəm görüşən bir neçə partiya liderini ağuşuna alıb. Bu, xüsusən də Tiqran Xzmalyan, David Sanasaryan, Levon Şirinyan haqqındadır ki, onlar yekdilliklə, -Azərbaycan Laçın dəhlizinin qarşısını kəsməyib, onu ruslar bağlayıb - deyə əmin edirlər".

Qəzet bildirir ki, bütün bunlar heç də həvəskarlıq deyil və Ermənistanı Qarabağla birləşdirən yolun bağlanması məsələsində parlamentdənkənar həmkarlarına “günah oxlarını” sırf ruslar istiqamətinə yönəltməyi tapşıran Nikol Paşinyan olub. Eyni zamanda Paşinayan vəd edib ki, tezliklə bu barədə və Azərbaycanda danışmağa başlayacaqlar.

Qafqaz.media