Putin müharibəyə görə məsuliyyəti üzərindən atmaq istəyir – ARTIQ “GÜNAH KEÇİSİ” DƏ TAPILIB…

23/12/2022 - 09:56

Rusiya prezidenti Vladimir Putin məsuliyyətdən yayınmağa və getdikcə Rusiya Ukraynaya qarşı müharibəni mümkün qədər tez bitirməyə çalışır. Eyni zamanda Rusiya lideri vurğulayır ki, Rusiya Federasiyası “NOR” tempini artırmayacaq, çünki bu, “əsassız itkilərə” gətirib çıxaracaq.

Qafqaz.media xəbər verir ki, bu qənaətə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) mütəxəssisləri növbəti xülasə-təhlildə gəliblər.

Bildirilir ki, bu iddiaların hər ikisi Kremlin qeyri-real məqsədlərinə çatmaq üçün getdikcə daha ciddi qurbanlar verən daxili auditoriyanın gözü qarşısında Putinə baha başa gələn müharibəyə haqq qazandırmaq məqsədilə koordinasiya edilmiş Kreml kampaniyasının bir hissəsidir.

Putin Wants a Truce Between Russia and U.S. in Cyberspace - The New York Times

İnstitutun analitikləri hesab edirlər ki, Putinin uğursuzluqlarda günahlandırılan şəxslərdən biri də Rusiya Federasiyası Baş Qərargahının rəisi Valeri Gerasimovdur. Hansı ki, Gerasimov xarici hərbi attaşelərlə müharibə üçün reallığa uyğun gəlməyən əsaslandırmaları irəli sürüb: Ukraynadakı “neonasizm”, “Kiyevin Donbas və Krıma hücum hazırlığı…”

“Kreml Gerasimovu dekabrın 17-nə qədər ictimaiyyətə göstərməkdən çəkindi və indi müharibənin ikinci ili başlayarkən, yəqin ki, onu başqa bir fiqur, yəni müharibə üçün məsuliyyət daşıyan məmur kimi yenidən gündəmə gətirməyə çalışır", - Müharibə Tədqiqat İnstitutunun analitikləri güman edirlər.

Qafqaz.media