“PUTİN SƏRT CAVAB HAZIRLAYIB...” - Rusiyanın ABŞ-dəki səfiri nəyi nəzərdə tutur?

23/08/2024 - 12:33

İki həftədən artıqdır ki, Ukraynanın Kursk vilayətində başlatdığı hücum əməliyyatı davam edir. Rusiya tərəfi nəinki Ukrayna qoşunlarını öz ərazisindən çıxara bilib, əksinə, hücum ləng də olsa davam edir və 3000 nəfərlik Rusiya qruplaşması demək olar, mühasirədədir. Kreml isə hələlik hədə-qorxu gəlməkdən başqa bu istiqamətdə heç bir ciddi nailiyyət əldə edə bilməyib...

“AzPolitika” xəbər verir vki, Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov xarici jurnalistlərə açıqlamasında Vladimir Putinin Kurska görə sərt cavab hazırladığını bəyan edib. 

Onun sözlərinə görə, Putin Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsinə Rusiyanın necə cavab verəcəyinə artıq qərar verib: “Mən sizə səmimi deyirəm ki, prezident qərar verib. Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hər kəs ağır cəzaya məruz qalacaq”.

Rusiyalı diplomat qərarın nə olduğunu və cəzanın nə olacağını açıqlamayıb.

 

 

Səfir onu da bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığındakı hücumunu bir andaca dayandıra bilər. O, Ağ Evin xəbəri olmadan bu əməliyyatın mümkün olmadığını da iddia edib. Lakin Putinin “cavabının” ABŞ-yə də aid olub-olmayacağı barədə heç nə deməyib.

 

Qeyd edək ki, Putin bundan əvvəl Ukraynanın Rusiya ilə sərhəd bölgələrindəki, eləcəd Kurskdakı hərəkətlərinə görə “layiqli cavab” alacağını bir neçə dəfə təkrarlayyıb. O, Müdafiə Nazirliyinin qarşısında “Rusiya ərazisindən düşməni sıxışdırmaq, darmadağın etmək və dövlət sərhədlərinin etibarlı şəkildə mühafizəsini təmin etmək” vəzifəsini qoyub. Lakin göründüyü kimi, 20 günə yaxın vaxt keçsə də, bu tapşırıqların heç biri hələ ki, yerinə yetirilməyib. Kreml təbliğatçıları belə etiraf edirlər ki, Ukryana qoşunlarını Kurskdan çıxarmağa aylarla vaxt lazım ola bilər.

 

 

Bəziləri isə “cavab tədbiri” olaraq, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə olunmasını təklif edirlər. Əslində, həmin adamların dediklərində “məntiq” də var. Çünki zatən Rusiya və Putin Ukraynaya qarşı mümkün olan, “əli çatan” hər şey edib, hər cür silahlardan, raketlərdən istifadə edib. Qalan yalnız nüvə silahıdır. Odur ki, “Putin Kurska görə mütləq cavab verəcək” deyərkən, Rusiya səfirinin nəyi nəzərdə tutduğu qaranlıq qalır...

Bu arada son məlumatlara görə, ABŞ-nin Ukraynadakı səfirliyi xəbərdarlıq edib ki, Rusiya Ukraynanın dövlət obyektlərinə zərbə vurmağa hazırlaşır. Bu, o deməkdir ki, Rusiyanın Kiyevdəki dövlət idarəetmə mərkəzlərini, o cümlədən Prezident iqamətgahını və parlament binasını də hədəf almasını istisna etmək olmaz. Lakin Kreml bunu edəcəyi halda, Ukrayna üçün də Rusiyanın anoloji obyektləri legitim hədəf olacaq... 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33