PUTİNİN “HAVA QƏRARGAHI” BELARUS SƏMASINDA GÖRÜNTÜLƏNDİ - Təyyarədə rus diktatorun olub-olmadığı bəlli deyil

03/12/2022 - 20:12

“Putinin hava qərargahı” adlandırılan Rusiya Federasiyasının hökumət təyyarəsi Belarusun hava məkanında “görüntülənib”.

Qafqaz.media xəbər verir ki, “Aktu News” agentliyinin “Flightradar24” uçuş izləmə xidmətinin məlumatlarına istinadən verdiyi məlumata görə, təyyarə şənbə günü, dekabrın 3-də Belarus səmasında görünüb. Putin tez-tez bu “Tu-204”-dən istifadə edir.

Rusiya prezidenti Putinin “komanda qərargah”ı kimi istifadə etdiyi təyyarə Belarus hava məkanına daxil olub.

Qeyd edək ki, Putinin Belarusa bu səfəri narahatlıq doğurur, çünki nə Kreml, nə də Lukaşenka administrasiyası bu barədə açıqlama verməyib.

Səfər Rusiya qoşunlarının Belarus Respublikası ərazisində cəmləşməsi fonunda baş tuta bilər. Bu barədə bu gün Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələri komandanlığı məlumat yayıb.

Xatırladaq ki, müharibənin ilk günündən Belarus işğalçının müttəfiqi kimi çıxış edir. Lukaşenka Putinə ölkə ərazisini hərbi poliqon kimi verib. Məhz Belarusdan işğalçıların ilk tankları Ukraynanın şimalına hərəkət etdi. Belarus həmçinin Ukrayna şəhərlərinə raket atmaq üçün Rusiyaya öz ərazilərini verib.

Üstəlik, Belarus işğalçılar üçün xarab olan hərbi texnikanı təmir edir, Ukraynadakı işğalçı qüvvələrin gücləndirilməsi məqsədilə texnikanın ötürülməsi üçün “qovşaq” rolunu oynayır, həmçinin İran pilotsuz təyyarələrinin yerləşdirilməsinə icazə verib.

Qafqaz.media