PUTİNİN HÖKUMƏT ÜZVLƏRİ İLƏ GÖRÜŞÜNDƏ GƏRGİNLİK – “Niyə boş-boş gəzirsən?...” / VİDEO

12/01/2023 - 16:14

Rusiya Prezidenti Vladimir Putin dünənki çıxışında hökumət rəsmisini sərt şəkildə tənqid edib.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Putin ötən gün yüksək səviyyəli hökumət rəsmiləri ilə video konfrans zamanı Baş nazirin müavini Denis Manturovu ictimaiyyət qarşısında danlayıb.

Yeni il tətilini Türkiyədə keçirən Manturovu günahlandıran Putin, “Müqavilə yoxdur. Mənə nə deyəcəksən?  Direktorlar mənə dedilər ki, müəssisələrlə heç bir müqavilə bağlanmayıb. Niyə özünü axmaqlığa qoyursan? Niyə boş-boş gəzirsən?”, deyə qəzəblənib.

Digər dövlət məmurları bu hadisəni heyrətlə izləyərkən, Manturov başını aşağı salıb və heç bir cavab verə bilməyib.

Yüksək səslə danışmağa davam edən Putin, “Bu iş bir aya bitəcək. Sizə deyirəm, bir aya... Hazırda hansı vəziyyətdə olduğumuzu başa düşmürsən? - deyə, sual edib.

Rusiya lideri Vladimir Putinin kameralar qarşısında qəzəbli halları Kremldə vəziyyətin yaxşı olmadığını bir daha ortaya qoyub.

Bir sıra ekspertlər Putinin sanksiyalar səbəbindən belə qəzəbli olduğunu idda edib və yaxın vaxtlarda Kremldə iğtişaşların başlayacağını bildiriblər.