PUTİNİN SƏHHƏTİ İLƏ BAĞLI KREMLDƏN AÇIQLAMA – “Bütün lazımi tədbirlər görülür…”

16/12/2022 - 15:18

“Həkimlər Rusiya prezidenti Vladimir Putinin sağlamlığı üçün lazım olan hər şeyi edirlər”.

Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.

Peskov əmin edib ki, qripə qarşı peyvənddən sonra Rusiya dövlət başçısının səhhəti ilə bağlı narahat olmağa dəyməz, hər şey qaydasındadır.

Putin ağır xərçəng xəstəsidir? - Press Klub

“Əlbəttə ki, tibb mütəxəssisləri prezidentin sağlamlığı üçün edilməsi lazım olan hər şeyi edirlər, bütün lazımi tədbirlər görülür. Hər şey qaydasındadır”, - deyə Peskov bildirib.

Qafqaz.media