Qazaxda ailəsi ilə istirahətə gedən şəxs göldə batıb

14/07/2024 - 16:38

Qazaxda bədbəxt hadisə baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb. Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ