Qüdsdə güclü partlayışlar: ölən və yaralananlar var - YENİLƏNİB

23/11/2022 - 11:54

Qüds şəhərində səhər saatlarında törədilmiş partlayışlar nəticəsində azı 1 nəfər ölüb. 

Bu barədə İsrail mətbuatı məlumat yayıb.

***10:50

Qüds şəhərində səhər saatlarında birbirinə yaxın iki ərazidə partlayış baş verib.

Bu barədə "Jerusalem Post"məlumat yayıb.

Partlayışlar nəticəsində azı 18 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Yerli polis hadisənin avtobus dayanacağında qoyulmuş çantada partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi ehtimalını irəli sürüb.

İlk partlayış avtobus dayanacağında parke edilmiş skuterdə baş verib. Bundan az sonra Qüdsün Ramot qovşağında daha bir partlayışın baş verdiyi barədə xəbərlər yayı

***10:38

İsrailin Qüds şəhərində partlayış törədilib.

Qafqaz.media xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, partlayışa avtobus dayanacağı yaxınlığında skuterə quraşdırılmış maddənin işə düşməsi səbəb olub.

Hüquq-mühafizə orqanları terror aktı versiyasını nəzərdən keçirir.