Rostov vilayətində fərari avtomatla polisə atəş açıb - FOTO

06/12/2022 - 16:10

Rusiyanın Rostov vilayətinin Novoşaxtinski şəhərində kamuflyajlı silahlı şəxs görüntülənib. Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi onun səfərbər olunan hərbi qulluqçu, yoxsa müqaviləli hərbçi olduğunu dəqiqləşdirmədən, fərari olduğunu elan edib.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, onu saxlamaq cəhdi zamanı atışma baş verib və bu zaman bir polis yaralanıb. Novoşaxtinskidə axtarış elan edilib, şəhərdən çıxışlar bağlanıb, boyu 180-190 sm olan kişinin axtarışı aparılır.

Sakinlərdən evdə qalmaq, küçədə görünməmək xahiş olunur.