RUSİYA AERODROMUNA NÖVBƏTİ ZƏRBƏ… - PUA hücumları nəticəsində baş verən yanğın hələ də söndürülməyib / YENİLƏNİB

06/12/2022 - 10:54

Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib ki, yanğınsöndürənlər neft anbarının yandığı Kursk aerodromunun ərazisində yanğınla mübarizəni davam etdirirlər.

Qafqaz.media xəbər verir ki, daha əvvəl o, yanğının pilotsuz təyyarənin hücumu nəticəsində başladığını bildirib.

Qubernatorun sözlərinə görə, aerodrom yaxınlığında baş verən yanğın səbəbindən iki məktəbdə dərslər ləğv edilib.

Bazar ertəsi səhər Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna pilotsuz təyyarələri cəbhə xəttindən yüzlərlə kilometr aralıda iki Rusiya hərbi aerodromuna hücum edib. Ryazan yaxınlığındakı Dyagilevo aerodromuna hücum nəticəsində 3 əsgər həlak olub, 4-ü yaralanıb, Engels aerodromunda baş verən partlayış isə “iki təyyarənin gövdəsinə ziyan vurub”.

*** 10:43

Bu gün, dekabrın 6-da səhər saatlarında Rusiyanın Kursk şəhərindəki aerodroma pilotsuz təyyarənin hücumu barədə məlumat yayılıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit özünün “Teleqram” kanalında məlumat verib.

Неизвестный беспилотник атаковал аэродром в Курске (ВИДЕО) — Delo.uaOnun sözlərinə görə, hücum nəticəsində aerodrom yaxınlığında neft anbarı yanıb.

“Ölən və yaralanan yoxdur. Yanğın lokallaşdırılıb. Xüsusi xidmət orqanları hadisə yerində işləyir”, - Starovoit yazıb.

Взрывы Курск аэродром – в России заявили об атаке БПЛА – подробности

Qeyd edək ki, fevralın 24-dən - Rusiyanın Ukraynanı işğal etdiyi gündən aerodrom mülki uçuşların qəbulu üçün bağlanıb. Kursk bölgəsində artan terror təhlükəsi rejimi var. Hakimiyyət mütəmadi olaraq Ukraynadan zərbə endirildiyi haqda xəbərlər verir.

Xatırladaq ki, dünən, dekabrın 5-də Rusiya Müdafiə Nazirliyi Ukraynanı cəbhə xəttindən yüzlərlə kilometr aralıda yerləşən iki Rusiya hərbi aerodromuna pilotsuz təyyarələrlə hücumda ittiham edib. Nazirlik qeyd edib ki, Ukrayna tərəfi aviabazaları “Sovet istehsalı” pilotsuz təyyarələrlə vurub. Ryazan yaxınlığındakı Dyagilevo aerodromuna hücum nəticəsində 3 əsgər həlak olub, 4-ü yaralanıb, Engels aerodromunda baş verən partlayış "iki təyyarənin gövdəsinə ziyan vurub".

Qafqaz.media