Rusiya FTX terror aktı törətmək istəyən şəxsi saxlayıb
05/08/2024 - 10:38
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukraynanın Zaporojye vilayətində vəzifəli şəxslərə qarşı terror aktları hazırlamaqda şübhəli bilinən bir nəfəri saxlayıb.APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə xidmətin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, ilkin ifadəsində o bununla bağlı tapşırığı Ukraynanın xüsusi xidmət orqanlarından aldığını etiraf edib.