“Rusiya ilə danışıqlara dair qərarı Zelenski verməlidir” – AĞ EVDƏN AÇIQLAMA

15/12/2022 - 00:46

“Rusiya ilə danışıqlara başlamaq haqda qərarı ABŞ deyil, Ukrayna prezidenti Vladimir Zelenski verməlidir”.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki rəsmi nümayəndəsi Con Kirbi CNN telekanalına müsahibəsində vurğulayıb.

O, həmçinin etiraf edib ki, ABŞ-ın bu müharibənin nə qədər davam edəcəyi ilə bağlı ilk təxminləri yanlışdır.

"Əlbəttə, biz istərdik ki, bu gün olmasa da, müharibə ilin sonuna qədər bitsin. Amma Ukraynada havada və yerdə gördüklərimizi nəzərə alsaq, mənə elə gəlir ki, müharibənin ilin sonuna qədər başa çatacağı qənaətinə gəlmək çətindir”, - Kirbi bildirib.

“Hər iki tərəf hələ də Donbassda döyüşür, xüsusilə Baxmut və onun ətrafında intensiv döyüşlər gedir. Rusiya qoşunları cənubda müdafiə mövqelərini tutublar, ukraynalılar isə irəliləməyə çalışırlar”, - o, cəbhədəki vəziyyəti təsvir edib.

“Qış yaxınlaşdıqca ABŞ analitikləri döyüşlərin səngiyəcəyini, lakin dayanmayacağını təxmin edirlər”, - Kirbi əlavə edib.

Qafqaz.media