“Rusiya ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik” - ÇAVUŞOĞLU

19/12/2022 - 13:24

“Rusiya ilə dialoqu və əməkdaşlığımızı genişləndirməyə davam edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sputnik.ru”ya müsahibəsində deyib.

O bildirib ki, Ankara ilə Moskva arasındakı əlaqələr bütün sahələrdə inkişaf edir.

“Ticarətdən turizmə, enerjidən investisiya layihələrinə qədər bütün sahələrdə əlaqələrimizi davam etdiririk”, - nazir vurğulayıb.