Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub- Kurskda əsir götürülənlərin bir qismi azad edilib

24/08/2024 - 15:13

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub. "AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib. "Hamının hamıya" prinsipi ilə 115 hərbçi Ukraynaya qaytarılıb. Ukrayna da əvəzində Kurskda tutduğu 115 rusiyalını qarşı tərəfə təhvil verib. Qeyd edək ki, bu, Ukrayna ordusunun avqustun 6-da Rusiya daxilində hücuma başlamasından bəri ölkələr arasında ilk əsir mübadiləsidir.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33