Rusiya İrandan pilotsuz təyyarələrin yeni partiyasını alıb – BRİTANİYA KƏŞFİYYATI AÇIQLADI

09/12/2022 - 12:26

Britaniya kəşfiyyatı Ukrayna cəbhəsindəki son vəziyyətlə bağlı səhər hesabatında Rusiyanın İranın pilotsuz uçan aparatlarından istifadə edərəklə, yeni hücum dalğası həyata keçirəcəyi barədə xəbərdarlıq edir.

Qafqaz.media xəbər verir ki, İranın verdiyi kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə, Rusiyayanın son üç həftə ərzində ilk dəfə hücumlara yenidən başladığı barədə xəbərlər yayılıb.

Dekabrın 6-7-də Ukrayna rəsmiləri Zaporojya və Dnepr vilayətlərinin pilotsuz uçuş aparatlarından istifadə edilərək hücuma məruz qaldığını bildiriblər. Ukrayna Baş Qərargahının məlumatına görə, 14-ü “Şahit-136” da daxil olmaqla, 17 PUA vurulub.

Sonuncu dəfə noyabrın 17-də Ukrayna ərazisinə pilotsuz təyyarələrin hücumu ilə bağlı məlumat yayılmışdı.

 

“Pilotsuz uçan aparatların fəaliyyətinin bərpası ilə bağlı məlumat hələ təsdiqlənməyib, lakin belədirsə, onda belə bir nəticəyə gəlmək olar ki, Rusiya “Şahit-131” və “Şahit-136” PUA-larının əvvəlki ehtiyatlarını tükəndirib və indi yenilərini alıb”, - hesabatda bildirilir.

Belə olan halda, PUA-lardan istifadə edərək Rusiya hücumlarının yeni dalğasını gözləmək olar.

Qafqaz.media