Rusiyanın 2023-cü ildə hərbi xərcləri büdcənin üçdə birini təşkil edəcək – BRİTANİYA KƏŞFİYYATI

11/12/2022 - 13:25

Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidməti Rusiyanın yeni federal büdcəsi ilə bağlı açıqlama yayıb.

Qafqaz.media xəbər verir ki, Britaniya kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin dekabrın 5-də imzaladığı büdcənin xərclərini müəyyən edib.

Bildirilir ki, 2023-cü ildə ordunun, xüsusi xidmət orqanlarının və polisin ehtiyacları üçün 9 trilyon rubl (143 milyard dollar) ayrılıb. Britaniya Müdafiə Nazirliyinin analitikləri bazar günü gündəlik səhər xülasəsində deyiblər ki, bu, keçən illə müqayisədə əhəmiyyətli artım deməkdir və ümumi büdcənin təxminən 30%-ni təşkil edir.

Onlar həmçinin büdcənin xərc və gəlir hissələrini həddindən artıq optimist hesab edirlər. Belə güman edirlər ki, Ukrayna savaşının davam etdirilməsi məqsədilə vəsait toplamaq üçün büdcənin qeyri-hərbi hissələrinə təzyiqlər xeyli artacaq.

 

Qafqaz.media