Ruslar İran PUA-ları ilə Dneprə hücum edib – UKRAYNALI SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİ YAZIR Kİ…

07/12/2022 - 08:48

Rusiya “Şahid” PUA-ları ilə Ukraynaya – Dnepr şəhərinə yenidən hücum etməyə başlayıb.

Bu barədə ukraynalı sosial şəbəkə istifadəçiləri və rusiyalı hərbi bloqçular məlumat yayıblar.

Onlar İran istehsalı pilotsuz uçuş aparatlarının mühərriklərinin xarakterik səsindən və partlayışlarından yazırlar. Məlumatı Dnepropetrovsk vilayətinin Şura sədri Mikola Lukaşuk təsdiqləyib.

Rusiya artıq bir neçə həftədir ki, Ukraynaya hücumlarda “Şahid”dən (Rusiya adı “Geran”dır) istifadə etmirdi.