Ruslar Luqansk vilayətinin sakinlərini zorla səfərbər edir – TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ DƏ AXTARIŞLAR BAŞLAYIB

11/12/2022 - 11:57

Rusiya hakimiyyəti Luqansk vilayətinin bütün işğal olunmuş ərazilərində yerli sakinləri zorla səfərbər etmək üçün səylərini artırır.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı bazar günü xülasəsində bildirir ki, Severodonetsk və qonşu şəhərlərdə kişilərin sənədlərini yoxlayan patrulların sayı artıb. Çağırşçıların yaşının az olmasına, sağlamlıq vəziyyətinə baxmayaraq məcburi şəkildə toplama məntəqələrinə aparılır.

Sorokino şəhərində səfərbər olmaqdan imtina edənlərin kütləvi şəkildə döyülməsi halları qeydə alınıb - onları zorla hərbi komissarlığa aparılıblar.

Oxşar məlumatı Luqansk vilayəti administrasiyası da verir. Rayonun bir çox yaşayış məntəqələrində kişilərin sənədlərini yoxlayan patrulların sayı artıb, onlara çağırış vərəqələri verilərək qəbul məntəqəsinə aparılıb.

"İşğalçı qüvvələrin bölmələrində çoxsaylı fərarilik hallarının qarşısını almaq üçün ruslar Luqakom mobil şəbəkəsinin abunəçilərinə xidmət yerlərini tərk etməyə və hərbi hissələrin daimi yerləşdirilməsinə görə cinayət məsuliyyəti barədə xəbərdarlıqla SMS mesajları göndərirlər", - hesabatda deyilir.

Luqansk vilayətinin təhsil müəssisələrində Rusiya hərbçiləri tərəfindən aparılan axtarışlar barədə də məlumat verilir.

“Məqsəd Ukrayna dilində olan kitabları və tərkibində Ukraynanın simvollarını əks etdirən materialları müəyyən edib məhv etməkdir”, - deyə Ukrayna Baş Qərargahı bildirib.

 

Qafqaz.media