Saakaşvili məhkəmə iclasında sonadək iştirak edə bilmədi – SƏBƏB...

22/12/2022 - 13:29

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, Saakaşvili “Vivamed” klinikasında xəstələnib.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Xaçapuridze deyib ki, bu barədə ona məlumat verən ikinci vəkil İlya Lomiya hazırda keçmiş prezidentlə birlikdə klinikada olduğunu bildirib.

O bildirib ki, Saakaşvilinin həkimlərin köməyinə ehtiyacı var.

Məlumata əsasaən, hazırda məhkəmə prosesi Saakaşvilinin iştirakı olmadan keçirilir.

“Vəkil İlya Lomiya mənimlə əlaqə saxladı. O, Mixail Saakaşvilinin özünü pis hiss etdiyini, həkim çağırıldığını və indiki mərhələdə prosesə qoşulmaqdan imtina etdiyini söylədi. Ola bilsin ki, vəziyyət düzəlsin və Penitensiar Xidmət bunu bacararsa, o, yenidən prosesə qoşulmaq istəsin”, - Xaçapuridze bildirib.

Qafqaz.media