Saakaşvili məhkəməyə distant qaydada qoşula bilər

06/12/2022 - 10:50

“Saakaşvili məhkəmə iclasında fiziki olaraq iştirak edə bilməsə, vəkillər məhkəməyə distant rejimdə iştiraka icazə verilməsi xahişi ilə müraciət edəcəklər”.

Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin hüquqlarının müdafiəçisi İlya Lomiya bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvilinin məhkəmə prosesinin vaxtı bu gün məlum olacaq.

“Mixail Saakaşvili bildirib ki, məhkəmə iclasında iştirak edə bilməsə, uzaqdan əlaqə quracaq.

Mixail Saakaşvilinin səhhətinin vəziyyətinə əsaslanaraq, məhkəmədən xahiş edirik ki, bu işə tez bir zamanda təyin edilsin və baxılsın”, - Lomiya bildirib.

Mixail Saakaşvilinin səhhətinə gəlincə, İlya Lomiya onu “Vivamed” klinikasında ziyarət etdiyini və Gürcüstanın üçüncü prezidentinin hərarətinin yüksək olduğunu deyib.

“Biz tibb işçilərindən onun hazırkı hərarətini, təzyiqini və çəkisini yoxlamağı xahiş etdik. Onun hərarəti yüksəkdir - 38. Ona təzyiqi aşağı salan dərman da verilib. O, hərəkət edə bilmir və ayağa qalxa bilmir”, - Lomiya bildirib.

Qafqaz.media