“SAAKAŞVİLİNİ XİLAS EDİN!” - Zelenski Gürcüstan xalqına müraciət etdi

20/12/2022 - 11:03

Zelenski Saakaşvilinin vəziyyəti ilə bağlı Gürcüstan xalqına və hakimiyyətinə müraciət edib.

Qafqaz.media xəbər verir ki, Ukrayna prezidenti müraciətində

"Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istəyirəm. Yəqin ki, ham Mixail Saakaşvilinin hazırda hansı vəziyyətdə olduğunu, səhhətinin hansı vəziyyətdə olduğunu görə bilib. Ona görə də Gürcüstan xalqına, hakimiyyət orqanlarına müraciət edirəm. Gürcüstanda mərhəmət nümayiş etdirilməlidir, xüsusən də Milad ərəfəsində”, - deyə vurğulayıb.

"Bu, Gürcüstana yaraşmır. Bunun qarşısı alınmalıdır. Xahiş edirəm, onun həyatını xilas edə biləcək qərar qəbul edin. Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsinə, Amerikaya köçürün. Artıq bu xeyirxah addımı atmağın vaxtı çatıb", - deyə Zelenski əlavə edib.

Qafqaz.media