Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb

25/09/2024 - 05:51

Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb. Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ