Samuxda qəza ölümlə nəticələndi

08/09/2024 - 07:13

Samuxda ölümlə nəticələn yol qəzası baş verib. Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Məlumata görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində "Lada" avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb. Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ