SERGEY LAVROV İSTEFA VERİB? – Kremldən iddialara reaksiya

15/12/2022 - 14:04

“Rusiya xarici işlər naziri Sergey Lavrovun mümkün istefası ilə bağlı sosial şəbəkədə yayılan xəbərlər şayiələrə əsaslanır”.

Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Sizə hər zaman söylədiyimi cavabı verəcəyəm - bu cür şayiələri ciddiyə almayın", - deyə Peskov cavab verdi.