Şəhid övladlarının doğum gününü doğma yurdda qeyd etdilər - Fotolar
Şəhid Xəyal Aslanovun valideynləri işğaldan azad olunmuş Ağdərə rayonunda ilk od çərşənbəsi tonqalını yandırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı onların yaxınları bildirib.
Şəhidin valideynləri, Qüdrət Aslanov və Nəzakət Aslanovanın oğullarının doğum gününü doğma yurdlarında qeyd etdikləri bildirilib.
Qeyd edək ki, şəhid Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli olub, Umud və Uğur adında 2 oğlu yadigar qalıb.
Qafqaz.Media