Şəmkirdə avtomobil yanaraq yararsız hala düşüb

03/08/2024 - 07:41

Şəmkir rayonunda minik avtomobili tamam yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Qədimqala kəndində qeydə alınıb. ıBelə ki, “HAVAL” markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ