Suriyada İranın elit bölmələrinin polkovniki öldürüldü - YENİLƏNİB

23/11/2022 - 11:25

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanlığının yüksək rütbəli nümayəndəsi Suriyada bomba partlayışı nəticəsində həlak olub.

Qafqaz.media xəbər verir ki, bu barədə çərşənbə günü İranın “Mehr” xəbər agentliyi İİKK-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, polkovnik Davud Cəfəri ötən gün səhər saatlarında Dəməşq yaxınlığındakı yolun kənarına israilli agentlərin yerləşdirdiyi bombadan ölüb.

***

10:02

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin məsləhətçilərindən biri Suriyada öldürülüb.

Qafqaz.media xəbər verir ki, bu barədə SEPAH öz bəyanatında məlumat verib.

Qeyd olunub ki, general Davud Cəfəri Dəməşq yaxınlığında yol kənarında quraşdırılmış bombanın partlaması nəticəsində həyatını itirib.

İran generalın ölümündə İsraili ittiham edib.