"Tramp Ukraynaya nüvə silahı verə bilər" - Hərbi ekspert

20/11/2024 - 12:51

ABŞ-nin yeni prezidenti seçilən Donald Tramp Rusiyayanın hücumlarına birdəfəlik son qoymaq üçün Ukraynaya nüvə silahı verə bilər. "AzPolitika" xəbər verir ki, bunu hərbi ekspert Nikolas Drummond "Daily Express" nəşrinə müsahibəsində deyib. Ekspert belə bir həmlənin Ukraynanın güclü mövqeyə gətirəcəyini deyib:"ABŞ-dəki 4 illik Tramp hakimiyyəti dövründə Rusiya və Ukrayna həmişəki kimi durmadan silahlanacaqlar. Ukrayna da özünü bərpa edib yenidən hazırlaşacaq. Bura ABŞ-nin Ukraynaya nüvə silahı vermə ehtimalı da aid edilə bilər. Bu çox sakit şəkildə edilə və bir anda Ukraynanı güclü mövqeyə gətirə olur. Bu zaman Zelenski:"Bizim nüvə silahımız var və bizə hücum etsəniz, Moskvanı bombalayacağıq" deyə bilər". Ekspertə görə, bu, Vladimir Putinin şərtlərinə uyğun olmayan sülh sazişinin imzalanmasına səbəb ola bilər. O, bildirib ki, Ukraynaya nüvə silahı vermək ehtiyatsız bir davranış olsa da, regionda sülh və güc balansını bərpa ermək baxımdan önəmli amil hesab oluna bilər.

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ