Trampın cinayət işinə XİTAM VERİLDİ

26/11/2024 - 17:57

ABŞ-ın dairə hakimi Tanya Çutkan 2020-ci il seçkilərinə mane olmaqda təqsirləndirilən Donald Trampa qarşı cinayət işi üzrə şikayəti rədd edib. Publika.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu, prokurorluğun Ədliyyə Nazirliyinin siyasətinə əsaslanaraq, yeni seçilmiş prezidentə qarşı bu və digər işlərə xitam verilməsi barədə vəsatət qaldırdıqdan sonra baş verib. Qeyd edək ki, Çutkanın qərarı, 6 yanvar 2021-ci ildə bir çox tərəfdarının Kapitoliyə hücumu ilə nəticələnən 2020-ci il seçkilərində məğlub olduqdan sonra hakimiyyəti saxlamaq cəhdlərinə görə Ədliyyə Departamentinin Trampı məsuliyyətə cəlb etmək səylərinə son qoyur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ