“Türk dünyası heç kimin qarşısında baş əymir” - ÇAVUŞOĞLU

18/11/2022 - 13:25

“Türk dünyası heç kimin qarşısında baş əymir”.

Qafqaz.media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ və Avropa İttifaqının Türk Dövlətləri Təşkilatının üzvlərinə təzyiq etdiyini, hətta onları təhdid etdiyini gördük. Çox ciddi təzyiqlərə məruz qaldılar, notalar verdilər, məktublar yazdılar. Amma bunu da unutmaq olmaz ki, heç bir təhlükə qarşısında baş əyməyən türk dünyası var. Türk dünyasının birliyi bölgədə və dünyada sabitlik üçün vacibdir. Təhdidləri kənara atın, əməkdaşlıq edək, bütün tərəflərin xeyrinə hərəkət edək. Bu, sadəcə başlanğıcdır, lazımi addımlar atılacaq”, – XİN rəhbəri qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12