Ərdoğan: Son 22 ildə Türkiyənin müdafiə sənayesi layihələrinə 96 milyard dollardan çox investisiya qoyulub
25/08/2024 - 06:00
“Son 22 ildə Türkiyənin müdafiə sənayesi sahəsində bir inqilab etdik. 2002-ci ildə 62 müdafiə sənayesi layihəsi 1031-ə, 56 şirkət sayı isə 3500-ə yüksəldi. Ölkə üzrə müdafiə sənayesi layihələrinin ümumi həcmi 96 milyard dolları keçib. APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğla şəhərində keçirilən Aksaz Gəmiqayırma Zavodu Komandanlığının açılışı mərasimində çıxışı zamanı bildirib. Prezident Ərdoğan deyib ki, Ordu üçün vacib əhəmiyyət kəsb edən “Pirireis” sualtı qayığı və üç yanacaq gəmisi ilə 3 min tonluq sualtı hovuz da istifadəyə verilir.