Türkiyəyə raket zərbələri endirildi: ÖLƏNLƏR VAR - YENİLƏNİB
Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyadan Türkiyənin Qaziantep əyalətinə atılan raket zərbələri zamanı ölənlərin sayı 3-ə çatıb.
Daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında raketlərdən 4-nün rayon mərkəzindəki orta məktəb və iki evə düşdüyünü deyib.
O, həyatını itirənlər arasında uşaq və müəllimin olduğunu da açıqlayıb.
***13:11
PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.
Qafqaz.media Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.
Qafqaz.media