Ucar sakini qardaşı oğlunu bıçaqlayıb

30/07/2024 - 10:51

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Aralarında yaranmış münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Metroda təşviş yaşandı
    27/11/2024 - 18:53
    Cəlilabadda zəlzələ oldu
    27/11/2024 - 17:55
    Azərbaycana 13 sm qar yağdı
    27/11/2024 - 10:42