Ukraynanın hücumu: Neft kombinatı 3 gündür yanır - Video

20/08/2024 - 13:11

Rostov vilayətinin Proletar şəhərindəki neft bazasında dizel yanacağı olan 74 konteynerdən 20-yə yaxını yanır. Axar.az xəbər verir ki, bunu Proletar rayon administrasiyasının rəhbəri Valeri Qorniç deyib. Onun sözlərinə görə, hazırda yanğının sahəsi 10 min kvadratmetrdir. Qeyd edək ki, avqustun 18-də gecə Rusiyanın Rostov vilayətindəki “Qafkaz” kombinatı vurulmuşdu. Dünən yanğının baş verdiyi Proletar rayon administrasiyası rayonda fövqəladə vəziyyət elan etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10