Vatikan Rusiyanın Ukraynada məğlubiyyətindən təşvişə düşüb: “Müqəddəs Taxt-Tac vasitəçilik etmək və..."

20/11/2022 - 18:40

Roma Papası “La Stampa” nəşrinə müsahibəsində Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq və vasitəçilik etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib:
“Müqəddəs Taxt-Tac vasitəçilik etmək və Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün olan hər şeyi etməyə hazırdır".

Qafqaz.media bu barədə xarici KİV-lərə istinadla bildirir.

Rusiyanın Ukrayna qarşısında məğlubiyyətinin mənzərəsi daha da aydınlaşdıqca Rusiya imperiyası layihəsinin müəllifi Vatikan əl-ayağa düşür. Görünür, Vatikan SSRİ-nin çöküşündən sonra uzun müddətli zaman fasiləsinin ardınca Rusiyanın toparlanıb özünə gələcəyinə, post-sovet ölkələrindən qoparmağı planlaşdırdığı ərazilərlə SSRİ-2 layihəsiylə bir müddət də mövcudluğunu davam etdirməsinə "stavka edirdi". Bu səbəbdən Vatikan tələm-tələsik münaqişə tərəflərinin sülh danışıqlarına başlamasında israr edir, Rusiyanın qəsb etdiyi Ukrayna torpaqlarının ilhaqını legitimləşdirməsinə şans yaratmaq istəyir. Belə ki, Roma Papası “La Stampa” nəşrinə müsahibəsində Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoymaq və vasitəçilik etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib:
“Müqəddəs Taxt-Tac vasitəçilik etmək və Ukraynadakı münaqişəyə son qoymaq üçün mümkün olan hər şeyi etməyə hazırdır".
Vatikanın özünü "sülh göyərçini" rolunda təqdim etməsinə baxmayaraq, aydındır ki, Roma Papası əsrlər əvvəl "Moskva III Roma" adı ilə həyat verdiyi öz layihəsinin ABŞ-Britaniya tərəfindən ləğv edilməsindən təşvişə düşüb və müqavimət göstərir. 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33