VƏTƏN MÜHARİBƏSİNİN BAŞLAMASINDAN 4 İL ÖTÜR - Ərazilərimizin işğaldan azad edilməsinin xronologiyası + CƏDVƏL

27/09/2024 - 10:07

Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb. Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi. Prezident İlham Əliyev müharibənin gedişatı zamanı xalqa bir neçə dəfə müraciət etdi. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi. Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı. Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk ongünlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda çaxnaşmalara səbəb olmuşdu. Böyük təşvişə düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi. Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azad olunması ilə düşmənin beli qırılmış oldu. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra - oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Ali Baş Komandan demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşanın azad olunması ilə düşmən Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.  2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir. 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başladı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Qarabağdakı separatçıların varlığına son qoyuldu, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.("Report" )

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:

TARİXRAYONYAŞAYIŞ MƏNTƏQƏSİ
1.27.09.2020FüzuliQaraxanbəyli
2.27.09.2020FüzuliQərvənd
3.27.09.2020FüzuliHoradiz kəndi
4.27.09.2020CəbrayılBöyük Mərcanlı
5.27.09.2020CəbrayılNüzgar
6.27.09.2020KəlbəcərMurovdağ zirvəsi
7.03.10.2020CəbrayılMehdili
8.03.10.2020CəbrayılÇaxırlı
9.03.10.2020CəbrayılAşağı Maralyan
10.03.10.2020CəbrayılŞəybəy
11.03.10.2020CəbrayılQuycaq
12.03.10.2020FüzuliAşağı Əbdürrəhmanlı
13.03.10.2020TərtərSuqovuşan
14.03.10.2020TərtərTalış
15.04.10.2020CəbrayılCəbrayıl ş.
16.04.10.2020CəbrayılŞükürbəyli
17.04.10.2020CəbrayılÇərəkən
18.04.10.2020CəbrayılDaşkəsən
19.04.10.2020CəbrayılHorovlu
20.04.10.2020CəbrayılMahmudlu (kənd)
21.04.10.2020CəbrayılCəfərabad
22.04.10.2020CəbrayılYuxarı Maralyan
23.04.10.2020CəbrayılDəjəl
24.04.10.2020CəbrayılKarxulu
25.05.10.2020CəbrayılŞıxalıağalı
26.05.10.2020CəbrayılSarıcallı
27.05.10.2020CəbrayılMəzrə
28.09.10.2020CəbrayılQışlaq
29.09.10.2020TərtərÇaylı
30.09.10.2020CəbrayılQaracallı
31.09.10.2020CəbrayılƏfəndilər
32.09.10.2020CəbrayılSüleymanlı
33.09.10.2020FüzuliYuxarı Güzlək
34.09.10.2020FüzuliGorazıllı
35.09.10.2020XocavəndHadrut q.
36.09.10.2020XocavəndSor
37.14.10.2020FüzuliQaradağlı
38.14.10.2020FüzuliXatınbulaq
39.14.10.2020FüzuliQarakollu
40.14.10.2020XocavəndBulutan
41.14.10.2020XocavəndMəlikcanlı
42.14.10.2020XocavəndQırmızıqaya
43.14.10.2020XocavəndDağdöşü
44.14.10.2020XocavəndTağaser
45.15.10.2020FüzuliArış
46.15.10.2020CəbrayılDoşulu
47.15.10.2020XocavəndEdişə
48.15.10.2020XocavəndDüdükçü
49.15.10.2020XocavəndEdilli
50.15.10.2020XocavəndÇiraquz
51.16.10.2020XocavəndXırmancıq
52.16.10.2020XocavəndAğbulaq
53.16.10.2020XocavəndAxullu
54.17.10.2020FüzuliFüzuli ş.
55.17.10.2020FüzuliQoçəhmədli
56.17.10.2020FüzuliCuvarlı
57.17.10.2020FüzuliPirəhmədli
58.17.10.2020FüzuliMusabəyli
59.17.10.2020FüzuliÇimən
60.17.10.2020Füzuliİşıqlı
61.17.10.2020FüzuliDədəli
62.18.10.2020CəbrayılHacılı
63.18.10.2020CəbrayılHacı İsaqlı
64.18.10.2020CəbrayılXudafərin q.
65.19.10.2020CəbrayılSoltanlı
66.19.10.2020CəbrayılƏmirvarlı
67.19.10.2020CəbrayılMaşanlı
68.19.10.2020CəbrayılHasanlı
69.19.10.2020CəbrayılAlıkeyxalı
70.19.10.2020CəbrayılQumlaq
71.19.10.2020CəbrayılGöyərçin Veysəlli
72.19.10.2020CəbrayılNiyazqulular
73.19.10.2020CəbrayılKeçəl Məmmədli
74.19.10.2020CəbrayılŞahvəlli
75.19.10.2020Cəbrayılİsaqlı
76.20.10.2020FüzuliDördçinar
77.20.10.2020FüzuliKürdlər
78.20.10.2020FüzuliYuxarı Əbdurrəhmanlı
79.20.10.2020FüzuliQarğabazar
80.20.10.2020FüzuliAşağı Veysəlli
81.20.10.2020FüzuliYuxarı Aybasanlı
82.20.10.2020CəbrayılSafarşa
83.20.10.2020CəbrayılHəsənqaydı
84.20.10.2020CəbrayılFuğanlı
85.20.10.2020Cəbrayılİmambağı
86.20.10.2020CəbrayılDaş Veysəlli
87.20.10.2020CəbrayılAğtəpə
88.20.10.2020CəbrayılYarəhmədli
89.20.10.2020XocavəndAğcakənd
90.20.10.2020XocavəndMülküdərə
91.20.10.2020XocavəndDaşbaşı
92.20.10.2020XocavəndGünəşli
93.20.10.2020XocavəndÇinarlı
94.20.10.2020ZəngilanZəngilan ş.
95.20.10.2020ZəngilanHavalı
96.20.10.2020ZəngilanMəmmədbəyli
97.20.10.2020ZəngilanHəkəri q.
98.20.10.2020ZəngilanŞərifan
99.20.10.2020ZəngilanMuğanlı
100.21.10.2020FüzuliGecəgözlü
101.21.10.2020FüzuliAşağı Seyidəhmədli
102.21.10.2020FüzuliZərgər
103.21.10.2020CəbrayılBalyand
104.21.10.2020CəbrayılPapı
105.21.10.2020CəbrayılTulus
106.21.10.2020CəbrayılTinli
107.21.10.2020ZəngilanMincivan q.
108.21.10.2020ZəngilanBabaylı
109.21.10.2020ZəngilanÜçüncü Ağalı
110.21.10.2020ZəngilanSarıl
111.21.10.2020ZəngilanXumarlı
112.21.10.2020ZəngilanHacallı
113.21.10.2020ZəngilanXurama
114.21.10.2020ZəngilanCahangirbəyli
115.21.10.2020ZəngilanTurabad
116.21.10.2020Zəngilanİçəri Müşlan
117.21.10.2020ZəngilanQıraq Müşlan
118.21.10.2020ZəngilanMəlikli
119.21.10.2020ZəngilanÜdgün
120.21.10.2020ZəngilanBaharlı
121.22.10.2020FüzuliMollavəli
122.22.10.2020FüzuliYuxarı Rəfədinli
123.22.10.2020FüzuliAşağı Rəfədinli
124.22.10.2020CəbrayılSirik
125.22.10.2020CəbrayılŞıxlar
126.22.10.2020CəbrayılMəstalıbəyli
127.22.10.2020CəbrayılDərzili
128.22.10.2020ZəngilanKolluqışlaq
129.22.10.2020ZəngilanMalatkeşin
130.22.10.2020ZəngilanZəngilan (kənd)
131.22.10.2020ZəngilanGenlik
132.22.10.2020ZəngilanVəliqulubəyli
133.22.10.2020ZəngilanQaradərə
134.22.10.2020ZəngilanÇöpədərə
135.22.10.2020ZəngilanTatar
136.22.10.2020ZəngilanTiri
137.22.10.2020ZəngilanƏmirxanlı
138.22.10.2020ZəngilanQarqulu
139.22.10.2020ZəngilanBartaz (kənd)
140.22.10.2020ZəngilanDəlləkli
141.22.10.2020ZəngilanAğbənd q.
142.23.10.2020XocavəndDolanlar
143.23.10.2020XocavəndBünyadlı
144.23.10.2020CəbrayılDağ Tumas
145.23.10.2020CəbrayılNüsüs
146.23.10.2020CəbrayılXələfli q.
147.23.10.2020CəbrayılMinbaşılı
148.23.10.2020ZəngilanVənədli
149.23.10.2020ZəngilanMirzəhəsənli
150.23.10.2020QubadlıZilanlı
151.23.10.2020QubadlıKürd Mahruzlu
152.23.10.2020QubadlıMuğanlı
153.23.10.2020QubadlıAlaqurşaq
154.25.10.2020ZəngilanBirinci Alıbəyli
155.25.10.2020Zəngilanİkinci Alıbəyli
156.25.10.2020ZəngilanRəbənd
157.25.10.2020ZəngilanYenikənd
158.25.10.2020CəbrayılQovşudlu
159.25.10.2020CəbrayılSofulu
160.25.10.2020CəbrayılDağ Maşanlı
161.25.10.2020CəbrayılKürdlər
162.25.10.2020CəbrayılHovuslu
163.25.10.2020QubadlıPadar
164.25.10.2020QubadlıƏfəndilər
165.25.10.2020QubadlıYusifbəyli
166.25.10.2020QubadlıÇaytumas
167.25.10.2020QubadlıXanlıq
168.25.10.2020QubadlıSarıyataq
169.25.10.2020QubadlıMollabürhan
170.25.10.2020QubadlıQubadlı ş.
171.26.10.2020CəbrayılÇələbilər
172.28.10.2020ZəngilanBirinci Ağalı
173.28.10.2020Zəngilanİkinci Ağalı
174.28.10.2020ZəngilanZərnəli
175.28.10.2020FüzuliMandılı
176.28.10.2020CəbrayılQazanzəmi
177.28.10.2020CəbrayılXanağabulaq
178.28.10.2020CəbrayılÇullu
179.28.10.2020CəbrayılQuşçular
180.28.10.2020CəbrayılQaraağac
181.28.10.2020QubadlıQiyaslı
182.28.10.2020QubadlıƏbilcə
183.28.10.2020QubadlıQilican
184.30.10.2020CəbrayılXudaverdili
185.30.10.2020CəbrayılQurbantəpə
186.30.10.2020CəbrayılŞahvələdli
187.30.10.2020CəbrayılXubyarlı
188.30.10.2020ZəngilanAladin
189.30.10.2020ZəngilanVejnəli
190.30.10.2020QubadlıKavdadıq
191.30.10.2020QubadlıMəmər
192.30.10.2020QubadlıMollalı
193.02.11.2020CəbrayılÇapand
194.02.11.2020CəbrayılQoşabulaq
195.02.11.2020ZəngilanDərə Gilətağ
196.02.11.2020ZəngilanBöyük Gilətağ
197.02.11.2020Qubadlıİşıqlı
198.02.11.2020QubadlıMuradxanlı
199.02.11.2020QubadlıMilanlı
200.04.11.2020CəbrayılMirək
201.04.11.2020CəbrayılKavdar
202.04.11.2020ZəngilanMəşədiismayıllı
203.04.11.2020ZəngilanŞəfibəyli
204.04.11.2020QubadlıBaşarat
205.04.11.2020QubadlıQarakişilər
206.04.11.2020QubadlıQaracallı
207.07.11.2020FüzuliYuxarı Veysəlli
208.07.11.2020FüzuliYuxarı Seyidəhmədli
209.07.11.2020FüzuliQorqan
210.07.11.2020FüzuliÜçüncü Mahmudlu
211.07.11.2020FüzuliQacar
212.07.11.2020FüzuliDivanalılar
213.07.11.2020CəbrayılYuxarı Məzrə
214.07.11.2020CəbrayılYanarxac
215.07.11.2020QubadlıQəzyan
216.07.11.2020QubadlıBalasoltanlı
217.07.11.2020QubadlıMərdanlı
218.07.11.2020ZəngilanBeşdəli
219.07.11.2020XocalıQarabulaq
220.07.11.2020XocalıBaharlı
221.07.11.2020XocavəndAtaqut
222.07.11.2020XocavəndHünərli
223.08.11.2020ŞuşaŞuşa ş.
224.09.11.2020FüzuliQobu Dilağarda
225.09.11.2020FüzuliYal Pirəhmədli
226.09.11.2020FüzuliYuxarı Yağlıvənd
227.09.11.2020FüzuliDilağarda
228.09.11.2020FüzuliSeyidmahmudlu
229.09.11.2020FüzuliƏləsgərli
230.09.11.2020FüzuliAşağı Güzlək
231.09.11.2020FüzuliGovşatlı
232.09.11.2020FüzuliMirzəcamallı
233.09.11.2020FüzuliŞəkərcik
234.09.11.2020FüzuliMerdinli
235.09.11.2020FüzuliŞıxlı
236.09.11.2020FüzuliQaraməmmədli
237.09.11.2020FüzuliDövlətyarlı
238.09.11.2020FüzuliHüseynbəyli
239.09.11.2020FüzuliSaracıq
240.09.11.2020XocalıDəmirçilər
241.09.11.2020XocalıÇanaqçı
242.09.11.2020XocalıMədətkənd
243.09.11.2020XocalıSığnaq
244.09.11.2020ŞuşaDaşaltı
245.09.11.2020XocavəndSusanlıq
246.09.11.2020XocavəndBinə
247.09.11.2020XocavəndTuğ
248.09.11.2020XocavəndAğdam
249.09.11.2020XocavəndAzıx
250.09.11.2020XocavəndBöyük Tağlar
251.09.11.2020XocavəndSalakətin
252.09.11.2020XocavəndZoğalbulaq
253.09.11.2020XocavəndArakül
254.09.11.2020XocavəndTağaverd
255.09.11.2020XocavəndZərdanaşen
256.09.11.2020XocavəndŞexer
257.09.11.2020CəbrayılHüseynalılar
258.09.11.2020CəbrayılSöyüdlü
259.09.11.2020CəbrayılAşağı Sirik
260.09.11.2020CəbrayılQalacıq
261.09.11.2020CəbrayılMolla Həsənli
262.09.11.2020CəbrayılƏsgərxanlı
263.09.11.2020CəbrayılYuxarı Nüsüs
264.09.11.2020CəbrayılAşıq Məlikli
265.09.11.2020CəbrayılNiftalılar
266.09.11.2020CəbrayılQərər
267.09.11.2020QubadlıYuxarı Mollu
268.09.11.2020QubadlıAşağı Mollu
269.09.11.2020QubadlıXocik
270.09.11.2020QubadlıQaraimanlı
271.09.11.2020QubadlıXəndək
272.09.11.2020QubadlıHəmzəli
273.09.11.2020QubadlıMahruzlu
274.09.11.2020QubadlıHal
275.09.11.2020QubadlıBallıqaya
276.09.11.2020QubadlıUlaşlı
277.09.11.2020QubadlıTinli
278.09.11.2020QubadlıXocahan
279.09.11.2020QubadlıBoyunəkər
280.09.11.2020QubadlıQaraqoyunlu
281.09.11.2020QubadlıÇərəli
282.09.11.2020ZəngilanKeçikli
283.09.11.2020ZəngilanÖrdəkli
284.09.11.2020ZəngilanSobu
285.09.11.2020ZəngilanQaragöz
286.09.11.2020Zəngilanİsgəndərbəyli
287.09.11.2020ZəngilanBartaz q.
288.09.11.2020ZəngilanBartaz (2300 m)
289.09.11.2020ZəngilanSığırt (1370 m)
290.09.11.2020ZəngilanŞükürataz (2000 m)
291.09.11.2020LaçınGüləbird
292.09.11.2020LaçınSəfiyan
293.09.11.2020LaçınTürklər
294.20.11.2020AğdamAğdam
295.25.11.2020KəlbəcərKəlbəcər
296.01.12.2020LaçınLaçın

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10