“Yüksək balla ali məktəbə qəbul olsa da, həkimlər icazə vermədi...” – Aqilin imkanlı şəxslərin köməyinə ehtiyacı var + FOTOLAR

10/09/2024 - 15:26

Fərzəliyev Aqil İdris oğlu onkololoji xəstəlikdən əziyyət çəkir. 18 yaşının tamam olmasına az bir müddət qalan Aqilə bu ilin mart ayında həkimlər tərəfindən kəskin leykoz diaqnozu qoyulub. Ailənin maddi imkanı artıq 6 aydır bu xəstəlikdən əziyyət çəkən övladlarının müalicə xərclərini qarşılamağa yetmir. Aqilin atası İdris Fərzəliyev “AzPolitika”-ya müraciətində övladının ali məktəblərə qəbul imtahanında 532.4 bal topladığını, lakin səhhəti ilə əlaqədar təhsildən uzaq qaldığını bildirib:“Övladım bu il Bakı Mühəndislik Universitetinə qəbul oldu. Lakin həkimlər vəziyyəti ağır olduğu üçün təhsil almağına icazə vermədilər. Məcbur qalıb, universitetini dondurduq. Hazırda Bakıda 4-cü kursdur ki, müalicə olunur. Həkimlər vəziyyətini orta-ağır qiymətləndirirlər”. Hazırda maddi durumlarının yaxşı olmadığını bildirən İ. Fərzəliyev, övladının müalicəsi üçün imkanlı şəxslərdən kömək etmələrini xahiş edir.

Kart nömrəsi: 5239 1517 6675 2615

“AzPolitika.info”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ